Bakı.Trend:
ABŞ Ali Məhkəməsi Prezident Donald Tramp administrasiyasına miqrantların insan hüquqları ilə bağlı əsaslarla deportasiyaya etiraz etmək imkanı vermədən onları üçüncü ölkələrə deportasiya etməyə yenidən icazə verib.
Bu barədə CNN məlumat yayıb.
Söhbət Tramp administrasiyasının miqrasiya siyasətinin sərtləşdirilməsi çərçivəsində tətbiq etdiyi proqramdan gedir. Proqram miqrantların vətənləri olan dövlətlərin deportasiya edilən şəxsləri qəbul etməkdən imtina etdiyi hallarda onları heç bir əlaqələrinin olmaya biləcəyi ölkələrə belə göndərməyə imkan verir.
CNN-in məlumatına görə, proqram çərçivəsində artıq təxminən 25 min nəfər deportasiya edilib.
