Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev “Firdevs Agro” MMC-nin meyvə bağlarına baxış keçirib (FOTO)

Cəmiyyət Press-reliz 29 Sentyabr 2026 16:03 (UTC +04:00)
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev “Firdevs Agro” MMC-nin meyvə bağlarına baxış keçirib (FOTO)
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində görülən işlərin monitorinqi və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayonun Həsənqala kəndində fəaliyyət göstərən “Firdevs Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) intensiv meyvə bağlarında olub.

Elnur Rzayev müəssisədə aparılan aqrar işlərlə, bağların vəziyyəti və məhsuldarlığı ilə yaxından tanış olub, fermerlərin əmək şəraiti, eləcə də qarşılaşdıqları çətinliklər və qayğıları ilə maraqlanıb. Görüş zamanı dövlət tərəfindən aqrar sahəyə göstərilən dəstək mexanizmlərinin səmərəliliyi və gələcək inkişaf planları ətrafında fikir mübadiləsi aparılıb.

Məlumat verilib ki, “Firdevs Agro” MMC-nin ümumilikdə 100 hektara yaxın ərazisində müasir standartlara cavab verən intensiv meyvə bağı salınıb. Təsərrüfatın 22 hektar sahəsində gilas, 25 hektarında alma, 40 hektarında isə şaftalı yetişdirilir. Hazırda alma bağlarında məhsul yığımı kampaniyası uğurla davam etdirilir. Müasir texnologiyaların və düzgün aqrotexniki qulluq tədbirlərinin tətbiqi sayəsində məhsuldarlıq olduqca yüksəkdir. Gələcəkdə intensiv meyvə bağlarının sahəsinin daha da genişləndirilməsi nəzərdə tutulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti