Alban-Udi icmasının nümayəndələri Xudavəng monastırını ziyarət ediblər (FOTO)

Cəmiyyət Xəbər 28 Sentyabr 2026 16:48 (UTC +04:00)
Alban-Udi icmasının nümayəndələri Xudavəng monastırını ziyarət ediblər (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Kəlbəcər. Trend:

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Kəlbəcər rayonunda yerləşən Xudavəng monastır kompleksində olublar.

Trend-in Qarabağ bürosunun məlumatına görə, səfər çərçivəsində icma üzvləri monastırın ərazisində yerləşən kilsədə dini ayinlər keçirib, dualar edib və şamlar yandırıblar.

Alban-Udi Xristian Dini İcmasının sədr müavini Rafiq Danakari jurnalistlərə açıqlamasında bildirib ki, icma nümayəndələri 2020-ci ildən etibarən hər il Xudavəng monastırını ziyarət edirlər.

O qeyd edib ki, bu müddət ərzində Alban-Udi icmasının üzvləri işğaldan azad edilmiş ərazilərdə yerləşən müxtəlif qədim monastır və kilsələrə səfərlər edib, həmçinin Ağdam Cümə məscidində olublar.

R.Danakari dini ayinlərin Udi dilində həyata keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.

“Bu kilsələr Azərbaycan xalqının irsidir, Azərbaycan xalqına məxsus mədəni sərvətlərdir. Azərbaycandakı bütün dini obyektlərin və ocaqların öz sahibi var. Bu da Azərbaycan xalqıdır”, - deyə o vurğulayıb.

İcma üzvü Romen Callati isə bildirib ki, 2020-ci ildən etibarən azad edilmiş ərazilərdəki dini və tarixi məkanlara mütəmadi səfərlər təşkil edirlər.

Onun sözlərinə görə, hər səfər zamanı şəhidlərin ruhuna dualar oxuyur, onların xatirəsini yad edir və şamlar yandırırlar.

“Qafqaz Albaniyasının irsi yalnız Udi xalqının deyil, bütövlükdə Azərbaycanın ümumi irsidir. Allaha şükürlər olsun ki, biz bu ərazilərə sərbəst şəkildə gələrək dualarımızı edə bilirik”, - deyə R.Callati qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti