İstanbul küçələri su altında qaldı (VİDEO)

Dünya xəbərləri Xəbər 28 Sentyabr 2026 10:00 (UTC +04:00)
İstanbul küçələri su altında qaldı (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ötən gecə Türkiyənin İstanbul şəhərinə düşən leysan bəzi ərazilərdə küçələri su altında qoyub, izafi sulara hazırlıqsız olan vətəndaşlar çətin anlar yaşayıb.

Bu barədə “Haber 7” məlumat yayıb.

Leysan yağışdan sonra Sultanqazinin Yunus Əmrə məhəlləsindəki Lütfi Aykaç bulvarını su basıb. Yaranan su gölməçəsi səbəbindən yolda hərəkətdə olan sürücülər və piyadalar çətinliklə üzləşib.

Güclü yağış səbəbindən Zincirlikuyudakı yeraltı keçidi su basıb. Yeraltı keçidin avtomobillərin hərəkəti üçün bağlanması səbəbindən bəzi avtobuslar reysləri təxirə salınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti