Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri Kəlbəcərdə yeni şəhər mühitinin formalaşması ilə müşayiət olunur. Kəlbəcərin dirçəlişi təkcə dövlət layihələri ilə deyil, həm də vətəndaşlarımızın və özəl sektorun bu prosesdəki fəal iştirakı ilə mümkündür.
Bu gün Kəlbəcərə edilən hər bir sərmayə, istər mənzil, istərsə də kommersiya obyekti alınması həm ölkəmizin regionlarının inkişafına verilən dəyərli töhfə, həm də vətəndaşlarımız üçün gələcəyə atılmış ən etibarlı iqtisadi addımdır.
Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plana əsasən, burada müasir yaşayış, ictimai və turizm infrastrukturu yaradılacaq, əhalinin sayı isə 17 min nəfərə çatdırılacaq. Bu sürətli inkişaf fonunda Kəlbəcərin mərkəzində, Tərtər çayının yuxarısında şəhərin ilk özəl yaşayış kompleksinin tikintisi uğurla davam edir.
İsveçrənin “SA Partners” şirkətinin hazırladığı şəhərsalma konsepsiyası əsasında layihələndirilən kompleks 1,13 hektar ərazini əhatə edir. Layihədə 6 bina, 9 blok və 164 mənzilin, həmçinin yeraltı qaraj, qapalı həyət və yaşıllıq zonalarının inşası nəzərdə tutulur.
Kəlbəcərin gələcək inkişafında turizm xüsusi yer tutur. Tarixi İstisu kurortunun yenidən qurulması, müalicə mərkəzləri, o cümlədən Baş Planda yer alan xizək idmanı obyektləri şəhəri 4 fəsil turizm mərkəzinə çevirəcək.
İlk özəl yaşayış kompleksinin mərkəzdə inşa olunması vətəndaşlarımıza bu quruculuq prosesinin ön sıralarında yer almaq və Qarabağın yenidən çiçəklənməsinə öz adlarını yazdırmaq fürsəti verir.
Mənzillər təmirli və təmirsiz variantlarda təqdim olunur. 30% ilkin ödənişlə 24 aylıq hissəli ödəmə imkanı nəzərdə tutulub.
Layihə barədə ətraflı məlumat:
📞 +994 50 553 5555
📍Satış ofisi: 3 saylı ASAN Xidmət, 7-ci mərtəbə
🌐 kalbajarcity.com