Kallas döyüş gəmilərinin çatışmazlığından gileylənib

Dünya xəbərləri Xəbər 28 Sentyabr 2026 11:03 (UTC +04:00)
Kallas döyüş gəmilərinin çatışmazlığından gileylənib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa İttifaqının (Aİ) Babül-Məndəb boğazındakı dəniz missiyasının təcili olaraq döyüş gəmilərinə ehtiyacı var.

TASS-ın məlumatına görə, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

Onun sözləissiyanın tərkibində ticarət gəmilərini müşayiət edə biləcək ştat üzrə nəzərdə tutulmuş 10 gəmi belə yoxdur.

“Aİ-nin (Qırmızı dənizdə-red) Aspides əməliyyatı var, lakin onun sərəncamında olduğundan daha çox sayda hərbi gəmiyə təcili ehtiyacı var”, - deyə Kallas bildirib. O vurğulayıb ki, Aİ Babül-Məndəb boğazından gəmilərin müşayiət olunması ilə bağlı çoxsaylı müraciətlər alır, lakin bunun üçün döyüş gəmiləri lazımdır.

“Köhnə əməliyyat Aspides yaradılarkən (2024-cü ildə ticarət gəmilərini husilərin raket hücumlarından qorumaq məqsədilə yaradılıb - red) onun tərkibində 10 gəminin olması barədə qərar qəbul edilmişdi. Hazırda onun tərkibində hətta bu 10 gəmi də yoxdur”, - deyə Kallas bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti