İsrail ordusu Qəzzada HƏMAS-ın snayperini zərərsizləşdirib

Dünya xəbərləri Xəbər 28 Sentyabr 2026 08:53 (UTC +04:00)
İsrail ordusu Qəzzada HƏMAS-ın snayperini zərərsizləşdirib

Bakı. Trend:

İsrail Müdafiə Ordusu Qəzza zolağında növbəti hava zərbəsi endirdiyini açıqlayıb.

Bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Bildirilib ki, zərbənin hədəfi Fələstiin "HƏMAS" hərəkatının hərbi qanadının snayperinin zərərsizləşdirilməsi olub.

“İsrail Müdafiə Ordusu Qəzza zolağının cənub hissəsinə zərbə endirib və HƏMAS-ın hərbi qanadının snayperi Adi Adli Abdel Asirini zərərsizləşdirib”, - deyə ordunun mətbuat xidmətinin bəyanatında bildirilir.

Məlumata görə, zərərsizləşdirilən şəxs “İsrail ordusu hərbçilərinə və İsrailin dinc sakinlərinə qarşı bir sıra hücumlar həyata keçirib”, həmçinin HƏMAS-ın “döyüş qabiliyyətinin bərpası məqsədilə fəaliyyət göstərib”. “Terrorçu təhlükənin aradan qaldırılması məqsədilə həyata keçirilən hava zərbəsi nəticəsində zərərsizləşdirilib”, - deyə hərbi qurum qeyd edib.

Mətbuat xidməti həmçinin bildirib ki, “zərbə endirilməzdən əvvəl mülki əhaliyə dəyəcək zərərin minimuma endirilməsi üçün tədbirlər görülüb”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti