Tramp sentyabrın 28-də süni intellektlə bağlı bəyanatla çıxış edəcək

Dünya xəbərləri Xəbər 28 Sentyabr 2026 07:08 (UTC +04:00)
Tramp sentyabrın 28-də süni intellektlə bağlı bəyanatla çıxış edəcək

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp sentyabrın 28-də Ağ Evdə süni intellektə (Sİ) dair bəyanatla çıxış edəcək.

Bu barədə ABŞ prezidenti İllinoys ştatının Çikaqo şəhərindən qayıtdıqdan sonra Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbətində bildirib.

Ağ Ev ABŞ liderinin iş qrafikini yayıb. Cədvəldə D. Trampın Bakı vaxtı ilə saat 22:00-da bəyanatla çıxış edəcəyi qeyd olunub. Jurnalistlər Trampdan bəyanatın nəyə həsr olunacağını soruşublar.

“Bildiyiniz kimi, çərşənbə axşamı "Anthropic" ilə görüşümüz var. Bu, vacib olacaq, <...>. Bu axşam isə mən "Anthropic" şirkətinin rəhbəri [Dario Amodei] ilə şam yeməyində olacağam. <...> Bu gün saat 22:00-da şam yeməyim var. <...> Mən Anthropic şirkətindən Dario ilə şam yeməyi yeyəcəyəm. Bildiyiniz kimi, bu şirkət böyük hörmətə malikdir. O, Anthropic-ə rəhbərlik edir”, - deyə ABŞ lideri bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti