Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib - KİV

Dünya xəbərləri Xəbər 28 Sentyabr 2026 01:24 (UTC +04:00)
Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib - KİV

Bakı. Trend:

İsrailin Baş naziri Binyamin Netanyahu sentyabrın 27-də gizli şəkildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfər edib.

Bu barədə “Kanal 12” məlumat yayıb.

Məlumata görə, Netanyahu səhər saatlarında şəxsi təyyarə ilə BƏƏ-yə gedib, gün ərzində orada qaldıqdan sonra İsrailə qayıdıb.

Məlumata əsasən, səfərin məqsədi BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla təkbətək görüş olub. Görüşün mövzusu açıqlanmayıb. Netanyahunun ofisi xəbərə münasibət bildirməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti