"Lufthansa" təyyarəsi Fransada təcili eniş edib

Dünya xəbərləri Xəbər 27 Sentyabr 2026 21:44 (UTC +04:00)
"Lufthansa" təyyarəsi Fransada təcili eniş edib

Bakı. Trend:

Almaniyanın "Lufthansa" aviaşirkətinə məxsus Frankfurt-Mayn şəhərindən Lissabona uçan təyyarə göyərtəsində xarici akkumulyatorun ("powerbank") alışması səbəbindən Fransanın Lion şəhərində məcburi eniş edib.

Bu barədə "RTL" telekanalı aviaşirkətin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Aviaşirkətin məlumatına görə, hadisə ötən axşam baş verib. "Powerbank" sərnişin oturacaqlarından birinin yaxınlığında alışıb. Ekipaj üzvləri cihazı xüsusi yanğınsöndürmə çantasına yerləşdirərək təhlükəni operativ şəkildə aradan qaldırıblar. "Təhlükəsizlik baxımından pilotlar Lionda məcburi eniş etmək qərarına gəlib və eniş üçün prioritet hüquq əldə etmək məqsədilə fövqəladə siqnal elan ediblər", - deyə aviaşirkətdən bildirilib.

Lion hava limanında fövqəladə eniş yerli vaxtla saat 21:55-də təyyarənin İsveçrə ərazisi üzərində hündürlük itirməyə başlamasından sonra qeydə alınıb. Təyyarə Frankfurtdan saat 20:47-də havaya qalxıb. Təyyarənin göyərtəsində 198 sərnişin və 6 ekipaj üzvü olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti