Ağcabədi. Trend:
Ağcabədi rayonunda iki qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai” və VAZ-2107 markalı avtomobillər toqquşub.
Qəza nəticəsində VAZ-2107 markalı avtomobildə olan iki qardaş həyatını itirib.
Hazırda hadisənin təfərrüatları və ölən şəxslərin kimliyi dəqiqləşdirilir.
