ABŞ İranın sualtı dron ələ keçirməsi məlumatını təkzib edib

Dünya xəbərləri Xəbər 27 Sentyabr 2026 23:09 (UTC +04:00)
ABŞ İranın sualtı dron ələ keçirməsi məlumatını təkzib edib

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-yə məxsus sualtı pilotsuz aparatın Hörmüz boğazında ələ keçirilməsi ilə bağlı bəyanatını təkzib edib.

Bu barədə CENTCOM-un nümayəndəsi, kapitan Tim Hokins Qətərin “Al Jazeera” telekanalına bildirib.

“Biz hazırda fəaliyyət göstərən bütün pilotsuz aparatlarımız üzərində etibarlı nəzarətə malikik”, - deyə o vurğulayıb və İran tərəfinin iddialarını “açıq-aşkar ümidsizlik təzahürü” adlandırıb.

Qeyd edək ki, bundan əvvəl SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında keçirilən əməliyyat zamanı casusluq fəaliyyəti ilə məşğul olduğu ABŞ-nin "Remus 6002 muxtar sualtı nəqliyyat vasitəsini ələ keçirdiyini iddia etmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti