Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb (FOTO)

Siyasət Xəbər 26 Sentyabr 2026 16:15 (UTC +04:00)
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb (FOTO)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem ilə görüşüb.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı hər il olduğu kimi, bu dəfə də paytaxtımızda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edildiyi qeyd olundu.

Ölkəmizin turizm potensialının təbliği baxımından bu yarışların əhəmiyyəti vurğulandı.

Görüşdə Beynəlxalq Avtomobil Federasiyasının Azərbaycan Avtomobil Federasiyası və klublar ilə əməkdaşlığından məmnunluq ifadə edildi, tərəfdaşlığın perspektivləri müzakirə olundu.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti