Bakı. Trend:
Ölkə ərazisində güclü külək əsir, bəzi ərazilərdə yağış yağır.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda qeyd edilib.
Bildirilib ki, sentyabrın 25-i saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.
"Quba və Qusarda arabir yağış yağır. Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Neftçalada 25, Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalanda 18, Şirvan, Culfada 17 m/s-yə çatır", - deyə qeyd edilib.
