Almaniyada kabel oğurluğu dəmir yolu nəqliyyatında ciddi pozuntulara yol açdı

Dünya xəbərləri Xəbər 26 Sentyabr 2026 16:24 (UTC +04:00)
Almaniyada kabel oğurluğu dəmir yolu nəqliyyatında ciddi pozuntulara yol açdı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Almaniyanın qərbində, Şimali Reyn – Vestfaliya federal torpağının Gelzenkirxen şəhərində dəmir yolunda törədilən vandalizm və kabellərin oğurlanması ölkə üzrə uzaqməsafəli qatarların hərəkətində, o cümlədən Münhen, Köln və İsveçrənin Bazel şəhəri istiqamətlərində ciddi fasilələrə səbəb olub.

Bu barədə “Deutsche Bahn” dəmir yolu konserni məlumat yayıb.

Şirkətin məlumatına görə, hadisə ilə bağlı siqnal hüquq-mühafizə orqanlarına saat 04:55-də (Bakı vaxtı ilə 05:55) daxil olub. Naməlum şəxslərin hərəkətləri nəticəsində siqnalizasiya və qatarların hərəkətinə nəzarət sistemləri tamamilə sıradan çıxıb. İstintaqın versiyasına görə, naməlum şəxslər qəsdən və son dərəcə kobud şəkildə hərəkət ediblər – relslər boyunca çəkilmiş kabellər bir neçə yerdən kəsilərək qoparılıb.

Yerli polis nümayəndəsinin sözlərinə görə, idarə Gelzenkirxen-Yukkendorf ərazisindəki dəmir yolu sahəsində kabel oğurluğu şübhəsi ilə araşdırmaya başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti