Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir

Siyasət Xəbər 26 Sentyabr 2026 09:16 (UTC +04:00)
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə gün öncə mədən sənayesi üzrə Dövlət Proqramı qəbul olunmuşdur. Burada bir çox tədbirlər nəzərdə tutulur. Bu, bizim inkişafımızın əsas istiqamətləridir.

Bu barədə Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib.

Neft-qazın da unudmamalı olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bu il də artıq bir çox yeni müqavilələr imzalanıb. Yəni neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir və böyük bir rifah yaradacaq”.

Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. Forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, Avropa Evinin (Ambrosetti) strateji tərəfdaşlığı ilə baş tutur.

Tədbir çərçivəsində təşkil olunan plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti