İran ABŞ-yə Hörmüz boğazında gəmiçiliyi bərpa etmək üçün yeddi günlük plan təqdim edib

Dünya xəbərləri Xəbər 26 Sentyabr 2026 00:40 (UTC +04:00)
İran ABŞ-yə Hörmüz boğazında gəmiçiliyi bərpa etmək üçün yeddi günlük plan təqdim edib

Bakı. Trend:

Tehran ABŞ-yə Qətər vasitəsilə Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı yeddi günlük plan təqdim edib.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə bildirib.

“İran ABŞ-yə Qətər vasitəsilə aydın yeddi günlük plan təqdim edib. Lazımi şərtlər yerinə yetirilərsə, boğaz yenidən açılacaq və yeddi gün ərzində normal gəmiçilik bərpa olunacaq. Seçim ABŞ-ındır”, - deyə o bildirib.

Əraqçinin sözlərinə görə, İranın planında nəzərdə tutulan yeddi günlük müddət ABŞ tərəfindən planın qəbul edildiyi andan başlayır və yeddinci gün Tehran Vaşinqtonla danışıqlara başlamağa hazır olacaq. O əlavə edib ki, planın tələbləri ABŞ-la anlaşma memorandumunda əksini tapan tələblərlə eynidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti