Bakı.Trend:
Rusiya Prezidenti Vladimir Putin Andrey Kelini Rusiya Federasiyasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.
Rusiyalı dövlət başçısının müvafiq fərmanı hüquqi aktların rəsmi dərc edildiyi saytda yayımlanıb.
“Kelinin Andrey Vladimiroviç Rusiya Federasiyasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin”, - deyə sənəddə bildirilib.
Qeyd edək ki, daha əvvəl Putin Aleksey Meşkovi Rusiyanın Fransadakı və Monakodakı, Elbrus Kutraşevi isə Rusiyanın İraqdakı səfiri vəzifəsindən azad edib.
