Bakı. Trend:
Yaponiyanın Sakit okean sahillərinin mərkəzi hissəsi boyunca sentyabrın 20-də keçən “Ducjuan” tayfununun fəsadları nəticəsində ölənlərin sayı 12-yə çatıb.
Bu barədə "NHK" telekanalı məlumat yayıb.
Onların əksəriyyəti torpaq sürüşmələrinin qurbanı olub, bəziləri isə alçaq ərazilərdə su basmış avtomobillərində su tələsinə düşərək boğulublar. Bundan əlavə, daha dörd nəfər itkin düşmüş hesab olunur.
Son məlumatlara görə, Tokio da daxil olmaqla, Yaponiyanın yeddi prefekturasında dövlət və özəl məktəblər də daxil olmaqla, 360-dan çox təhsil müəssisəsi tayfunun fəsadlarından zərər çəkib.