Tramp Hörmüz boğazını "özünkiləşdirdi" (FOTO)

Dünya xəbərləri Xəbər 26 Sentyabr 2026 10:06 (UTC +04:00)
Tramp Hörmüz boğazını "özünkiləşdirdi" (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının təsvir olunduğu xəritə paylaşaraq onu “Tramp boğazı” adlandırıb.

Ağ Evin rəhbəri sözügedən paylaşımı öz "Truth Social" sosial şəbəkə hesabında edib.

ABŞ Prezidenti daha əvvəl bildirmişdi ki, İran üzərində qələbədən sonra Hörmüz boğazını ABŞ ərazisi elan edəcək. Tramp dəfələrlə regionun xəritəsini paylaşaraq bu suların ABŞ-yə məxsus olduğunu qeyd edib.

Bu dəfə o, Hörmüz boğazının xəritədə böyük dairə ilə işarələndiyi və “Tramp boğazı” kimi qeyd olunduğu görüntünü yayımlayıb. Siyasətçi əlavə şərh verməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti