“Global Infrastructure Partners” ilə Azərbaycanın investisiya imkanları müzakirə olunub (FOTO)

İqtisadiyyat Xəbər 26 Sentyabr 2026 14:05 (UTC +04:00)
“Global Infrastructure Partners” ilə Azərbaycanın investisiya imkanları müzakirə olunub (FOTO)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə “Global Infrastructure Partners” (GIP) şirkəti arasında əməkdaşlığın inkişaf perspektivləri, ölkəmizin investisiya imkanları və regional layihələrdə iştirak məsələləri müzakirə olunub.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Global Infrastructure Partners” şirkətinin təsisçi tərəfdaşı, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Global Infrastructure Partners” arasında əməkdaşlığın inkişaf perspektivləri, ölkəmizin investisiya imkanları və regional layihələrdə iştirak məsələləri müzakirə olunub.

Müzakirələr zamanı Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya və enerji layihələrinin yaratdığı regional imkanlar barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat-logistika infrastrukturu və artan rəqəmsal imkanlarının beynəlxalq investisiyalar üçün yaratdığı perspektivlər diqqətə çatdırılıb.

Logistika, ənənəvi və bərpa olunan enerji, rəqəmsal infrastruktur və data mərkəzləri istiqamətində birgə investisiya imkanları nəzərdən keçirilib. Bu sahələrdə uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsi, həmçinin regional əhəmiyyətli investisiya layihələrinin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Global Infrastructure Partners” şirkəti 2024-cü ildən dünyanın ən böyük investisiya idarəetmə şirkəti olan “BlackRock”un tərkibində fəaliyyət göstərir. İdarə olunan aktivlərinin həcmi 15,3 trilyon ABŞ dolları təşkil edən “BlackRock” enerji, nəqliyyat, rəqəmsal infrastruktur, su və tullantıların idarə olunması sahələrində ixtisaslaşmış qlobal investisiya şirkətidir. “Global Infrastructure Partners”in (GIP) idarə etdiyi aktivlərin həcmi isə 170 milyard ABŞ dollarıdır. Bu şirkət, həmçinin “BlackRock”, “Microsoft” və “MGX” ilə birlikdə qlobal Süni İntellekt İnfrastruktur Fondunun əsas təsisçilərindəndir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti