Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında bıçaqlanma hadisəsi baş verib.
Hadisə Kəngərli rayonunun Qarabağlar kəndində qeydə alınıb.
1971-ci il təvəllüdlü İbrahim Əli oğlu Əliyev həyat yoldaşı, 1973-cü il təvəllüdlü Adilə Sabir qızı Ağayevanı və baldızı, 1977-ci il təvəllüdlü Ruhiyə Sabir qızı Quliyevanı bıçaqlayıb.
Yaralanan şəxslər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.