Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar (FOTO)

İdman Xəbər 26 Sentyabr 2026 21:53 (UTC +04:00)
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar (FOTO)
Nicat İsmiyev
Nicat İsmiyev
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Pezaro şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında qadın qrupumuz – Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva 28.580 xalla temp hərəkətləri proqramında qızıl medal qazanaraq dünya çempionu olublar.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Eyni yarışda kişi cütlüyümüz – Murad Rəfiyev və Daniel Abbasov 28.950 xalla balans hərəkətləri proqramında bürünc medalın sahibi olublar.

Xəbər lenti

Xəbər lenti