Salyanda yük və minik avtomobilləri toqquşub

Hadisə Xəbər 27 Sentyabr 2026 03:49 (UTC +04:00)
Salyanda yük və minik avtomobilləri toqquşub

Bakı. Trend:

Salyan rayonunda qoşqulu yük maşını ilə minik avtomobili toqquşub.

Hadisə Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Volvo” markalı qoşqulu yük maşınının sürücüsü Sərxan Tağıyev, həmçinin “VAZ-2107” markalı minik avtomobilinin sürücüsü Əlvan Kərimov və sərnişinləri - Şəhla Eyniyeva, Fatimə Eyniyeva, Rahib Eyniyev xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti