Bakı. Trend:
İraq hakimiyyəti İranla hava əlaqəsinin qismən bərpası üçün ABŞ administrasiyası ilə danışıqlar aparır.
Bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb.
Məlumata görə, Bağdad ABŞ-dən “Iraqi Airways” aviaşirkətinə İrana məhdud uçuşlar həyata keçirməsi üçün istisna tətbiq etməsini istəyib.
İraq bunun müqabilində İrandan həyata keçirilən bütün uçuşları yalnız Nəcəf hava limanında qəbul etməyi təklif edib.
İraq rəsmiləri məlumatı hələlik şərh etməyib.