Tramp ABŞ-dən dizel yanacağının ixracına qadağa qoyula biləcəyini açıqlayıb

Dünya xəbərləri Xəbər 28 Sentyabr 2026 03:02 (UTC +04:00)
Tramp ABŞ-dən dizel yanacağının ixracına qadağa qoyula biləcəyini açıqlayıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, o və administrasiyası dizel yanacağının ixracına qadağa qoyulması imkanını ciddi şəkildə nəzərdən keçirir və belə bir qərarın qəbul edilə biləcəyini istisna etməyib.

Bunu Donald Tramp İllinoys ştatının Çikaqo şəhərinin ətrafında keçirilən “Presidents Cup” qolf turniri zamanı “Fox News” telekanalının aparıcısı ilə söhbətində deyib.

“Biz bu barədə çox ciddi düşünürük. Bu, avtomobillər üçün benzinin qiymətinin müəyyən qədər artmasına səbəb ola bilər. Buna görə də biz bu məsələni çox ciddi şəkildə araşdırırıq, bunu edə bilərik”, - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti