Ermənistanda benzin bahalaşıb

Dünya xəbərləri Xəbər 28 Sentyabr 2026 10:52 (UTC +04:00)
Ermənistanda benzin bahalaşıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistanda avtomobil yanacağının qiymətində növbəti artım qeydə alınıb.

Ermənistan KİV-nin məlumatına görə, Aİ-92 markalı benzinin bir litri 580 dramdan 600 drama ($1,66) yüksəlib.

Premium markalı benzinin qiyməti 20–30 dram artaraq litri 620–630 drama ($1,70) çatıb.

Dizel yanacağının qiyməti də eyni məbləğdə artıb və bir litri 710 drama ($1,95) yüksəlib. Qeyd olunur ki, hazırkı qiymətlər Ermənistan bazarı üçün tarixi maksimumdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti