Bakı.Trend:
İranın qanadlı raketi ilə Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiyə endirilən zərbə nəticəsində səkkiz amerikalı dəniz piyadası yaralanıb.
Bu barədə NBC telekanalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, hərbçilər kəllə-beyin travması almış ola bilərlər. Onlarda baş ağrısı da daxil olmaqla, beyin silkələnməsinin əlamətləri müşahidə olunub. Hücum sentyabrın 14-də baş verib.
Bundan əvvəl, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Mohebbi bildirib ki, İran təcavüz halında regionda ABŞ-nin yeni obyektlərinə yeni silahlarla zərbələr endirməyə başlayacaq. Mohebbi vurğulayıb ki, dəyişikliklər müharibənin coğrafiyasına, istifadə olunan silahlara və hərbi texnikaya şamil olunacaq.
