Ağsuda açıq ərazidə yanğın başladı (FOTO/VİDEO)

Hadisə Press-reliz 28 Sentyabr 2026 14:41 (UTC +04:00)
Ağsuda açıq ərazidə yanğın başladı (FOTO/VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Ağsu rayonu, Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti