Qarabağ və Şərqi Zəngəzurda əmanət portfeli genişlənib

İqtisadiyyat Xəbər 28 Sentyabr 2026 14:00 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurda əmanət portfeli genişlənib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sentyabrın 1-nə Qarabağ iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 110,364 milyon manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankının statistik bülleteni əsasında hesablamasına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 milyon manat və ya 12,8 faiz artıb.

Hesabat dövründə Qarabağ iqtisadi rayonundan cəlb olunmuş əmanətlər üzrə orta faiz dərəcəsi 5,82 faiz təşkil edib.

Sözügedən əmanətlərin 106,660 milyon manatı milli valyutada, 3,704 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) olub.

Qarabağ iqtisadi rayonunda tələb olunanadək əmanətlərin həcmi 45,559 milyon manat təşkil edib. Bunun 44,264 milyon manatı milli valyutada, 1,295 milyon manatı isə SDV-də yerləşdirilib.

Müddətli əmanətlərin həcmi isə 64,806 milyon manata çatıb. Bu əmanətlərin 62,397 milyon manatı milli valyutada, 2,409 milyon manatı isə sərbəst dönərli valyutada olub.

Eyni zamanda, bu ilin sentyabrın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 1,577 milyon manat təşkil edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 759 min manat və ya təxminən 1,9 dəfə çoxdur.

Hesabat dövründə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlər üzrə orta faiz dərəcəsi 4,52 faiz olub. Regiondan cəlb edilmiş əmanətlərin 1,524 milyon manatı milli valyutada, 53 min manatı isə SDV-də yerləşdirilib.

Şərqi Zəngəzurda tələb olunanadək əmanətlərin həcmi 792 min manat təşkil edib. Bunun 774 min manatı milli valyutada, 18 min manatı isə SDV-də olub. Müddətli əmanətlərin həcmi 785 min manat təşkil edib. Sözügedən əmanətlərin 750 min manatı milli valyutada, 35 min manatı isə SDV-də yerləşdirilib.

Beləliklə, sentyabrın 1-nə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından cəlb olunmuş əmanətlərin ümumi həcmi 111,941 milyon manata çatıb.

Qeyd edək ki, bu ilin sentyabrın 1-nə Azərbaycanın bütün iqtisadi rayonları üzrə cəlb olunmuş əmanətlərin həcmi 18,212 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,751 milyard manat və ya 17,8 faiz çoxdur.

Ümumi əmanət portfelinin 13,060 milyard manatı milli valyutada, 5,152 milyard manatı isə sərbəst dönərli valyutada olub. Ölkə üzrə cəlb olunmuş əmanətlər üzrə orta faiz dərəcəsi 5,33 faiz təşkil edib.

Azərbaycan üzrə əmanətlərin strukturunda tələb olunanadək əmanətlərin həcmi 6,690 milyard manat, müddətli əmanətlərin həcmi isə 11,522 milyard manat olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti