Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat - 45 nəfər saxlanılıb

Dünya xəbərləri Xəbər 28 Sentyabr 2026 17:20 (UTC +04:00)
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat - 45 nəfər saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyədə hüquq mühafizə orqanları mərkəzi Mardin olmaqla 3 vilayətdə qanunsuz mərc oyunları ilə bağlı cinayətlər üzrə bir-birilə əlaqələndirilmiş əməliyyatlar keçirib. Əməliyyatların gedişində 45 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə "Haber 7" məlumat yayıb.

Araşdırma çərçivəsində şübhəlilərin xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz mərc saytları vasitəsilə mərc oynamağa imkan yaratdıqları və pul köçürmələrinə vasitəçilik etdikləri müəyyənləşdirilib. Şübhəlilərin hesabları üzrə 43 986 əməliyyat həyata keçirildiyi və ümumilikdə 400 milyon 333 min 693 lirə həcmində əməliyyat dövriyyəsinin olduğu müəyyən edilib. Ünvanlarda aparılan axtarışlar zamanı 2 uzun lüləli silah, 177 patron və çox sayda rəqəmsal material aşkarlanaraq götürülüb.

Polis idarəsində şübhəlilərlə bağlı istintaq-prosessual tədbirləri davam edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti