Ağdaşın 11 kəndində və bir küçəsində qaz kəsiləcək

Cəmiyyət Xəbər 28 Sentyabr 2026 17:22 (UTC +04:00)
Ağdaşın 11 kəndində və bir küçəsində qaz kəsiləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 29-da saat 09:30-dan təmir-quraşdırma işləri başa çatanadək Ağdaş rayonunun 11 kəndində və Səməd Vurğun küçəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, fasilə Türyançay, Dəhnəxəlil, Yuxarı Ağcayazı, Aşağı Ağcayazı, Qolqəti, Şəkili, Qoşaqovaq, Korarx, Cüvə, Pirkəkə və Ərəbocağı kəndlərini əhatə edəcək.

Xatırladaq ki, qaz xəttinin yerinin dəyişdirilməsi və “Qaz İxrac” İdarəsinin təmir işləri ilə əlaqədar sentyabrın 28-də Suraxanı rayonunun AB yaşayış massivində saat 10:00-dan, Qaradağ rayonunun Vulkan ərazisində isə saat 11:00-dan 13:00-dək qaz təchizatında müvəqqəti fasilə yaranacağı bildirilmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti