SOCAR idarəsinin ixrac gəlirləri yanvar-avqust aylarında 207 milyon dollar təşkil edib

Energetika Xəbər 29 Sentyabr 2026 12:35 (UTC +04:00)
SOCAR idarəsinin ixrac gəlirləri yanvar-avqust aylarında 207 milyon dollar təşkil edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin yanvar-avqust aylarında ixrac gəlirləri açıqlanıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına əsasən, SOCAR-ın sözügedən İdarəsi 2026-cı ilin yanvar-avqust aylarında 207,3 milyon ABŞ dolları məbləğində ixrac əməliyyatları həyata keçirib.

Trend-in qurumun məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 65 milyon ABŞ dollarından çox və ya 24,9 faiz azdır. Həmin dövrdə SOCAR-ın İdarəsi 272,3 milyon ABŞ dolları məbləğində ixrac əməliyyatları həyata keçirib.

Qeyd edək ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderdir. Siyahıda daha sonra “AzerGold” QSC, “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ASC, “Azərbaycan Hava Yolları” QSC, “Naxçıvan Enerji” MMC, “SOCAR-CAPE” MMC və “Azəripək” ASC yer alır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 20 aprel 2016-cı ildə yaradılıb. Mərkəzin fəaliyyətinin əsas məqsədi ölkədə həyata keçirilən iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsi və bu sahədə işlərin səmərəli əlaqələndirilməsinin təmin edilməsidir.

Mərkəz Azərbaycanın davamlı iqtisadi inkişafının təmin edilməsi məqsədilə makro və mikroiqtisadi səviyyələrdə təhlillər və araşdırmalar aparır. Qurum analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı təkliflər, həmçinin ortamüddətli və uzunmüddətli dövrlər üçün proqnozlar hazırlayaraq dövlət orqanları və qurumlarına təqdim edir.

Bundan əlavə, Mərkəz Azərbaycanın iqtisadiyyatın müxtəlif sahələrində əldə etdiyi nailiyyətlərin təbliğini təşkil edir. Qurum fəaliyyət istiqamətlərindən biri kimi rəqabətqabiliyyətli, sosialyönümlü bazar iqtisadiyyatı modelinin formalaşdırılmasına yönəlmiş iqtisadi islahatlara dəstəyi müəyyən edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti