Bakı.Trend:
Nyu-York sakinləri güclü şimal-şərq fırtınasından sonra küçələri kayak və kanoelərlə keçməyə məcbur olublar.
Bu barədə "CBS News" məlumat yayıb.
Əlverişsiz hava nəticəsində azı bir nəfər – Nyu-York şəhərinin Mənzil Tikintisi Departamentinin 56 yaşlı əməkdaşı həlak olub. Onun üzərinə ağac aşıb. Həmçinin itkin düşən bir kişi barədə məlumat yayılıb. Daha sonra onun “sağlam və salamat” tapıldığı bildirilib.
"PowerOutage" xidmətinin məlumatına görə, bazar ertəsi səhər saatlarında əlverişsiz hava şəraiti səbəbindən Nyu-York, Nyu-Cersi, Konnektikut və Massaçusets ştatlarında təxminən 21 min ev və müəssisə elektrik enerjisiz qalıb.
Nyu-York və Nyu-Cersi qubernatorları Keti Hokul və Miki Şerrill müəyyən ərazilərdə fövqəladə vəziyyət elan ediblər.
