"Azərkosmos"un ixrac gəlirləri artıb

Telekommunikasiya Xəbər 29 Sentyabr 2026 11:59 (UTC +04:00)
"Azərkosmos"un ixrac gəlirləri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") dünyanın 36 ölkəsindən olan 95-ə yaxın şirkətə ümumilikdə 17,4 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri göstərib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı il üçün sentyabr sayında bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 milyon manat və ya 50% çoxdur.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 61%-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,8 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,1 milyon ABŞ dolları ilə Lüksemburq, 874,7 min ABŞ dolları ilə Türkiyə, 776,5 min ABŞ dolları ilə Pakistan və 437,2 min ABŞ dolları ilə Tanzaniya qərarlaşıb.

“Yerin məsafədən müşahidə peyki missiyasını 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində başa çatdırdığından optik peyk xidmətləri üzrə məlumatlar cədvəldən çıxarılıb.

Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir”, - məlumatda bildirilib.

Qeyd edək ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artaraq 2,81 milyard ABŞ dolları təşkil edib.

İcmala əsasən, cari ilin avqust ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 350,8 milyon ABŞ dolları təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti