Rusiyada pirotextnika fabrikində yanğın – 14 nəfər ölüb

Dünya xəbərləri Xəbər 29 Sentyabr 2026 11:45 (UTC +04:00)
Rusiyada pirotextnika fabrikində yanğın – 14 nəfər ölüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ötən gecə Rusiyanın Yaroslavl vilayətinin Pereslavl-Zalesski şəhər dairəsinin Kubrinsk kəndində pirotextnika istehsalı müəssisəsində yanğın baş verib.

TASS-ın məlumatına görə, hadisə nəticəsində 14 nəfər həlak olub, bir qadın xəsarət alıb.

Müəssisənin ərazisində yerləşən iki bina yanıb. Yanğının söndürülməsinə 100-dən çox canlı qüvvə və 40 texnika cəlb olunub. Yanğın tamamilə söndürülüb.

Hadisə nəticəsində müəssisənin yaxınlığında yerləşən 9 çoxmənzilli yaşayış binasına da ziyan dəyib. Əsasən binaların şüşələri sınıb, evlərdən birinin dam örtüyü zədələnib.

Yanğından sonra Kubrinsk kəndində elektrik enerjisinin verilişində fasilə yaranıb. Hazırda yaşayış məntəqəsinin elektrik təchizatı bərpa edilib.

İnsidentlə bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti