Bakı. Trend:
BMT Baş Assambleyası (BMT BA) çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil olunmuş konfrans iştirakçıların qatıldığı dinc ictimai aksiya ilə başa çatıb.
Bu barədə BTQ-nin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində verilən paylaşımda qeyd olunub.
Konfrans “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusuna həsr olunub.
Tədbir Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi gedişində baş tutub.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu 2023-cü il iyulun 6-da Bakıda Azərbaycan sədrliyi ilə Qoşulmama Hərəkatının nazirlər görüşü çərçivəsində keçirilmiş “Kolonializmin tamamilə aradan qaldırılması yolunda” konfransı zamanı yaradılmış beynəlxalq qeyri-hökumət təşkilatıdır.
BTQ dekolonizasiyanın, yerli xalqların və etnik azlıqların hüquqlarının, həmçinin məcburi köçürülmüş azərbaycanlılar da daxil olmaqla, qayıtmaq hüququnun təşviqi ilə məşğul olur. Qrup yarandığı vaxtdan onlarla beynəlxalq konfrans təşkil edib, o cümlədən Nyu-Yorkda BMT-nin mənzil-qərargahında bir sıra tədbirlər keçirib, həmçinin BMT orqanlarına təqdim olunan bir sıra hesabatlar dərc edib.