İspaniya klubunun qolkiperi başından ciddi zədə aldı

İdman Xəbər 29 Sentyabr 2026 03:18 (UTC +04:00)
İspaniya klubunun qolkiperi başından ciddi zədə aldı

Bakı. Trend:

“Malyorka”nın qapıçısı İvan Kuelyar klubun yeməkxanasında baş verən hadisədən sonra xəstəxanaya yerləşdirilib.

İspaniya klubu açıqlamasında bunları bildirib:

“Bu səhər İvan ‘Piçu’ Kuelyar klubun idman kompleksinin yemək zalındakı dekorasiyanın bir hissəsi olan iri konstruksiyanın uçması nəticəsində başından ciddi zədə alıb.

Futbolçu xəstəxanaya çatdırılıb və növbəti 24 saat ərzində həkim nəzarəti altında saxlanılacaq”.

42 yaşlı Kuelyar 2023-cü ildən “Malyorka”nın futbolçusudur. O, daha əvvəl “Atletiko”, “Sportinq Xixon” və “Leqanes” kimi klublarda çıxış edib.

Xəbər lenti

Xəbər lenti