Niderland millisi ciddi itki ilə üzləşib

İdman Xəbər 29 Sentyabr 2026 06:38 (UTC +04:00)
Niderland millisi ciddi itki ilə üzləşib

Bakı. Trend:

Kodi Qakpo topuq nahiyəsindən aldığı zədə səbəbindən bir neçə oyunu buraxa bilər.

Niderland millisinin hücumçusu Millətlər Liqasında Serbiyaya qarşı keçirilən və 2:1 hesabı ilə başa çatan matçın 17-ci dəqiqəsində əvəzlənib. Vinger “İpsviç”in yarımmüdafiəçisi Saşa Lukiçin sürüşmə fəndindən sonra topuğundan zədələnib.

Qakpo “Liverpul”un düşərgəsinə qayıdacaq və burada əlavə tibbi müayinədən keçəcək.

Jurnalist Rik Elfrinkin məlumatına görə, Eyndhovendə aparılan müayinə 27 yaşlı futbolçunun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağını göstərib.

Xəbər lenti

Xəbər lenti