Bakı. Trend:
Şarja–Bakı aviareysi ilə ölkəyə gələn Qazaxıstan vətəndaşının üzərində gömrük nəzarətindən gizlədilən 2 502,524 karat brilyant qaş aşkar edilib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, sərnişin “Yaşıl Kanal” vasitəsilə gömrük nəzarəti zonasını tərk etmək istəyərkən davranışı şübhə doğurub.
O, “Qırmızı Kanal”a yönləndirilib və üzərində gömrük orqanına bəyan edilməmiş brilyant qaşlar tapılıb.
Qaşların dəyəri 4 milyon manatdan artıq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
