Bakı.Trend:
Ermənistanın paytaxtı İrəvanda bir neçə nəfərin ölümü ilə nəticələnmiş bədbəxt hadisə baş verib. Tikinti sahəsində olan qaldırıcı kranın Tiçına küçəsinə aşması nəticəsində 3 nəfər həyatını itirib.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Hadisə barədə sentyabrın 29-da saat Ermənistan DİN-in 112 qaynar xəttinə məlumat daxil olub. Bildirilib ki, Tıçina küçəsi, 120 nömrəli binanın yaxınlığında tikinti işləri aparılarkən qaldırıcı kran qismən zədələnərək aşıb. Hadisə yerində xilasedicilər işləyir. Digər təfərrüatlar hələ ki açıqlanmır.
