Fransada dövlət sektoru işçilərinin etirazları davam edir - 150-dən çox saxlanılan var

Dünya xəbərləri Xəbər 29 Sentyabr 2026 15:22 (UTC +04:00)
Fransada dövlət sektoru işçilərinin etirazları davam edir - 150-dən çox saxlanılan var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada dövlət sektorunda çalışanların ümummilli tətili fonunda etiraz aksiyaları və məktəblərin blokadaya alınması davam edir, saxlanılanlar var.

Fransa KİV-lərinin məlumatına görə, bir həftə ərzində, o cümlədən İl-de-Frans regionunda 28 olmaqla, təxminən 180 təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb. Aksiyalar həmçinin Nitsa, Marsel və Lill şəhərlərində keçirilir. Şagirdlər müəllim və digər personal çatışmazlığı probleminin həll olunmasını tələb edir, siniflərdə həddindən artıq sıxlığa qarşı çıxırlar.

Bəzi şəhərlərdə polis ilə toqquşmalar baş verib, etirazçılar asayiş keşikçilərinə fişənglər və digər əşyalar atıb, zibil qutularını yandırıblar. İğtişaşlarla əlaqədar 164 nəfər saxlanılıb. Toqquşmalar zamanı 12 hüquq-mühafizə orqanı əməkdaşı, təxminən 12 lisey şagirdi və təhsil sisteminin səkkiz əməkdaşı, o cümlədən üç təhsil müəssisəsinin rəhbəri xəsarət alıb.

Tətil hava nəqliyyatına da təsir göstərib. Fransanın hava limanlarında bəzi reyslər ləğv edilib. Parisin Şarl-de-Qoll hava limanında reyslərin 5 faizi, Marsel hava limanında isə 25 faizi ləğv olunub. Bir sıra regional hava limanlarında da fasilələrin yaranmasının mümkün olduğu bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti