Yaponiyanın paytaxtına rekord səviyyədə yağıntı düşüb

Dünya xəbərləri Xəbər 29 Sentyabr 2026 14:30 (UTC +04:00)
Yaponiyanın paytaxtına rekord səviyyədə yağıntı düşüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yaponiyanın paytaxtı Tokioda müşahidələr tarixində ən uzunmüddətli yağışlar yağıb.

Bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Yağıntılar paytaxtda avqustun 27-də başlayıb. Hazırda yağışlı hava 34 gündür davam edir ki, bu da 1886-cı ildən, yəni statistikanın aparılmağa başlandığı vaxtdan bəri ən uzunmüddətli yağış dövrüdür.

Sinoptiklər anomal yağıntıları sentyabr ayında Yaponiyanın yaxınlığından keçən bir sıra tayfunlarla əlaqələndirirlər. Ən dağıdıcı tayfunlardan biri 4 mindən çox sakini işıqsız qoyan “Ducuan” tayfunu olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti