Bakı. Trend:
Bu gün saat 21:00-dan etibarən Bakının Binəqədi və Nərimanov rayonlarında yerləşən üç küçədə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, təmir işləri ilə əlaqədar Binəqədi rayonunda Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsindən Süleyman Sani Axundov küçəsinədək, Zaur Nudirəliyev küçəsinin isə Ziya Bünyadov prospektindən Əcəmi Naxçıvani küçəsinədək olan hissələrində hərəkət məhdudlaşdırılacaq.
Nərimanov rayonunda Koroğlu Rəhimov və Təbriz küçələrinin kəsişməsində hərəkət sxeminin dəyişdirilməsi üçün ayırıcı zolağın bir hissəsi ləğv ediləcək. Bu müddətdə kəsişmədə hərəkət qismən məhdudlaşdırılacaq.
Məhdudiyyətlər işlər başa çatanadək qüvvədə olacaq. Sürücülərə alternativ marşrutları əvvəlcədən nəzərə almaq tövsiyə olunur.
