SOCAR CAPE-in ixrac gəlirləri 50 dəfə artıb

İqtisadiyyat Xəbər 29 Sentyabr 2026 15:10 (UTC +04:00)
SOCAR CAPE-in ixrac gəlirləri 50 dəfə artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

SOCAR CAPE-in yanvar-avqust aylarında ixrac gəlirləri 50 dəfə artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sentyabr ayı üzrə “İxrac icmalı”na əsasən, 2026-cı ilin yanvar-avqust aylarında SOCAR CAPE 500 min ABŞ dollarından çox məbləğdə ixrac əməliyyatları həyata keçirib.

Trend agentliyinin qurumun məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 490 min ABŞ dollarından çox və ya 50 dəfə yüksəkdir. Belə ki, ötən ilin yanvar-avqust aylarında SOCAR CAPE 10 min ABŞ dollarından çox məbləğdə ixrac əməliyyatları həyata keçirib.

Qeyd edək ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Siyahıda daha sonra “AzerGold” QSC, “SOCAR Polymer” MMC, “AzərAlüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ASC, “Azərbaycan Hava Yolları” QSC, “Naxçıvan Energy” MMC, “SOCAR CAPE” MMC və “Azəripək” ASC yer alır.

“SOCAR CAPE” MMC neft-qaz sektoru üçün tikinti və sənaye xidmətləri sahəsində fəaliyyət göstərir. Şirkət 2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və sonradan beynəlxalq sənaye qrupu “Altrad” tərəfindən satın alınmış Britaniyanın “Cape PLC” şirkətinin iştirakı ilə yaradılıb.

Şirkətin məlumatına görə, SOCAR CAPE regionda tikinti layihələrinin həyata keçirilməsi və sənaye xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb.

Şirkətin səhmdarları SOCAR və “Altrad Group”dur. SOCAR şirkətə neft-qaz və enerji sahələrində təcrübə və ekspertiza təqdim edir, həmçinin onun strateji istiqamətinin müəyyənləşdirilməsində iştirak edir.

Şirkətin ilkin iştirakçılarından biri olan “Cape PLC” sonradan sənaye xidmətləri sahəsində fəaliyyət göstərən beynəlxalq qrup “Altrad Group”un tərkibinə daxil olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti