Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub (FOTO)

Cəmiyyət Xəbər 29 Sentyabr 2026 16:42 (UTC +04:00)
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub (FOTO)
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş Hacıbaba Adil oğlu Babayev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Trend xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini çatdırıb.

H.Babayev ona göstərilən etimada görə minnətdarlıq edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti