İran və Azərbaycan arasında neft və qaz əməkdaşlığının inkişaf etdirilməsi araşdırılıb – İranlı nazir

Dünya xəbərləri Xəbər 29 Sentyabr 2026 16:35 (UTC +04:00)
İran və Azərbaycan arasında neft və qaz əməkdaşlığının inkişaf etdirilməsi araşdırılıb – İranlı nazir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və Azərbaycan arasında neft və qaz əməkdaşlığının inkişaf etdirilməsi üzrə yol xəritəsi araşdırılıb.

İranın Neft Nazirliyinin məlumatına görə, bunu İranın neft naziri Möhsün Paknejad bu gün (29 sentyabr) Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdən sonra deyib.

“İran və Azərbaycan arasında enerji əməkdaşlığı xüsusi önəm kəsb edən sahədir. Azərbaycanda böyük potensialın mövcud olduğu nəzərə alınaraq enerji ticarəti, eləcə də əməkdaşlıq sahələrində ətraflı şəkildə fikir mübadiləsi aparılıb”, - deyə o qeyd edib.

İranlı nazir əlavə edib ki, hər iki tərəfdən elan olunan işçi qrupları çərçivəsində maraq doğuran sahələrdə nəticənin əldə olunması üçün məsələləri diqqətdə saxlamaları qərara alınıb.

Qeyd edək ki, İranın neft nazirinin müavini və Milli Qaz Şirkətinin icra direktoru Səid Təvəkkoli Trend-ə müsahibəsində bildirmişdi ki, İran tərəfi Azərbaycanla qaz mübadiləsi və svopu üzrə əməkdaşlıq etməyə hazırdır. Azərbaycanın başqa qonşu ölkələrlə İran üzərindən qaz mübadiləsi üzrə razılaşma olarsa, İran bu istiqamətdə əməkdaşlıq etməyə hazır olduğunu bildirir. İranın qaz infrastrukturları qaz svopu və mübadiləsi üçün əməkdaşlıq etmək imkanı yaradır. Bununla əlaqədar müzakirələr aparılmaqdadır və ümid edilir ki, müzakirələr praktiki addımlarla yekunlaşacaq.

Təvəkkoli əlavə edib ki, İranın Milli Qaz Şirkəti ilə Azərbaycanın SOCAR Şirkəti arasında uzunmüddətli müqavilə mövcud olub və bu müqavilənin müddəti yenidən uzadılıb. Müqavilə çərçivəsində çox effektiv əməkdaşlıq həyata keçirilməkdədir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti