Azərbaycanla Sudan arasında hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə edilib (FOTO)

Cəmiyyət Xəbər 29 Sentyabr 2026 18:40 (UTC +04:00)
Azərbaycanla Sudan arasında hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə edilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı Ekspo Mərkəzində "ADEX" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin bir sıra qabaqcıl müdafiə sənayesi şirkətləri ilə hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsinə dair bir sıra görüşlər keçirilir.

Sentyabrın 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Sudan Respublikasının müdafiə naziri general-leytenant Hassan Daoud Kabron Kayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlığın rolu, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti