Bakı. Trend:
Rusiyanın Müdafiə Nazirliyi Amur vilayətində hərbi təyyarənin
qəzaya uğraması xəbərini təsdiqləyib.
Məlumata görə, qəzaya uğrayan hava nəqliyyat vasitəsi – Tu-95 modelindən olan təyyarədir və qəza təlim-məşq uçuşu zamanı baş verib.
Hadisə nəticəsində ekipajın altı üzvü həlak olub, bir nəfər yaralanıb. Təyyarə uçuşu döyüş sursatı olmadan həyata keçirib. Hadisənin bütün hallarının müəyyənləşdirilməsi üçün Rusiya Aerokosmik Qüvvələrinin komissiyası qəza yerinə yola düşüb.
16:58
xxx
Rusiyanın Amur vilayətinin Krasnoyarovo kəndində hərbi təyyarə qəzaya uğrayıb.
Bu barədə “Mash” Telegram kanalı məlumat yayıb
Məlumata görə, təyyarənin göyərtəsində yeddi hərbçi olub. Onlardan üçü həlak olub, dördü isə xəstəxanaya yerləşdirilib.
Qəzaya uğrayan təyyarənin modeli və uçuşun məqsədi açıqlanmır. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Bundan bir müddət əvvəl Rusiyanın Ulyanovsk vilayətində kənd təsərrüfatı təyyarəsi qəzaya uğramışdı. Nəticədə pilot xəsarət almışdı.
