Azərbaycan və Rusiya hüquq sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib (FOTO)

Cəmiyyət Xəbər 29 Sentyabr 2026 17:28 (UTC +04:00)
Azərbaycan və Rusiya hüquq sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Rusiya Federasiyası Ali Məhkəməsinin sədri İqor Krasnov hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, görüş sentyabrın 29-da Moskvada keçirilib. Tərəflər institusional əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, hüquq təhsili və kadrların peşə hazırlığı məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Birgə elmi-praktik tədbirlərin və təlimlərin təşkili imkanları da müzakirə olunub.

Kamran Əliyev iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı hüquqi yardım, cinayətkarlığa qarşı mübarizə və məlumat mübadiləsi sahələrində əməkdaşlığın davam etdiyini bildirib. İqor Krasnov isə azərbaycanlı həmkarları ilə uzunmüddətli əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.

Görüşdə Kamran Əliyev İqor Krasnova “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” yubiley medalını təqdim edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti